Dünya

Fransanın lacivərd sahillərində təyyarə batıb

Sharing is caring!


Fransanın lacivərd sahilləri bölgəsində yüngül mühərrikli “Cessna 177” təyyarəsi mühərrikinin xarab olması səbəbindən suya təcili eniş etmək məcburiyyətində qalıb.

İnsident prestijli kurort rayonunun Frejüs kommunası (Var departamenti) yaxınlığında baş verib.

Məlumata görə, təyyarənin mühərrikindəki nasazlıq təxminən 600 m hündürlükdə olarkən baş verib.

Göyərtədə pilotdan başqa bir neçə sərnişin də olub. Təcili eniş zamanı onlardan heç biri xəsarət almayıb.

Xilasedicilər insanları təyyarədən təxliyə etdikdən qısa müddət sonra nəqliyyat vasitəsi batıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir