Dünya

Rusiya Prezidenti Ərdoğanla görüş barədə razılığın olduğunu açıqlayıb

Sharing is caring!


Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcəyini istisna etmədiyini bildirib.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin mətbuat konfransı zamanı bildirib.

“Razılaşdıq ki, görüşəcəyik, ya o bizə gələcək, ya da mən onun yanına gedəcəyəm – baxacağıq”, -V. Putin deyib.

Rusiyanın dövlət başçısı əlavə edib ki, R.T.Ərdoğan onu hələ seçkilərdən öncə dəvət edib, lakin mümkün “spekulyasiya” səbəbindən bunu etməmək qərarına gəlib:

“Biz görüşümüzü başqa vaxta təyin etmək qərarına gəldik, lakin biz bunun harada, yəni ya bizdə, ya da Türkiyədə olacağını hələ aydınlaşdırmamışıq”.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir