Dünya

Kim Çen In Şoyquya gizli dronları göstərdi – FOTO

Sharing is caring!


KXDR rəhbəri Kim Çen In Rusiyanın müdafiə naziri Sergey Şoyquya Şimali Koreya istehsalı olan məxfi PUA-ları və qitələrarası ballistik raketləri göstərib.

Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) və Cənubi Koreyanın “Yonhap” Agentliyi məlumat yayıb.

“Yoldaş Kim Çen In Sergey Şoyqunu Koreya Əmək Partiyasının VIII Qurultayında irəli sürülən dövlətin müdafiəsinin inkişafı proqramına əsasən hazırlanmış və istehsal edilmiş silahlarla, həmçinin hərbi texnikalarla tanış etdi”, – deyə KCNA-nın məlumatında bildirilib.

Bildirilir ki, bu pilotsuz təyyarələr ilk dəfə nümayiş etdirilib.

“Yonhap” nəşr olunan fotoşəkillərə istinad edərək belə qənaətə gəlib ki, nümayiş etdirilən bu texnikalar ABŞ-nin “Reaper” və “Globak Hawk” tipli PUA-larına bənzər yeni dronlardır.

O da vurğulanır ki, KXDR artıq bu PUA-ları sınaqdan keçirib.

Qeyd edək ki, Şoyqu 1950-1953-cü illər müharibəsində Koreya xalqının qələbəsinin ildönümünə həsr olunmuş bayram tədbirlərində iştirak üçün KXDR-ə gedib. Səfər zamanı o, Pxenyanda Kim Çen Inla görüşüb.

Mənbə: URA.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir