Dünya

Zelenski: “Rusiya Odessaya hücuma görə mütləq cavab verəcək” – FOTO

Sharing is caring!


“Rusiya terrorçuları dinc şəhərlərə raket zərbələrinə görə mütləq cavab alacaqlar”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yazıb.

“Rusiyanın şər əməllərinə heç bir bəraət qazandırmaq olmaz. Həmişə olduğu kimi, bu şər məğlub olacaq. Və Odessaya görə Rusiya terrorçularına mütləq cavab veriləcək. Onlar bu cavabı hiss edəcəklər”, – Zelenski qeyd edib.

Xatırladaq ki, iyulun 23-də gecə saatlarında Rusiya qüvvələri qanadlı raketlərindən istifadə etməklə Odessa və yaxın bölgəyə regiona növbəti zərbələr endiriblər. Nəticədə mülki obyektlərə və yaşayış binalarına ciddi ziyan dəyib, 19 nəfər yaralanıb, azı 1 nəfər isə ölüb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir