Dünya

Uruqvay sahillərində iki minə yaxın ölü pinqvin tapılıb – FOTO

Sharing is caring!


Son on gündə Uruqvay çimərliklərində iki minə yaxın Magellan pinqvininin cəsədi sahilə vurub. Onların ölüm səbəbi müəyyən edilməyib.

Pinqvinlərin quş qripinə yoluxmadığı, onların əksəriyyətinin gənc olduğu və aclıqdan ölə biləcəyi bildirilib.

“Onlar dənizdə ölüblər. Onların 90 faizi gənclərdir, piy ehtiyatları yoxdur və mədələri boşdur”, – Uruqvayın Ətraf Mühit Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, bu növ pinqvin Argentina sahillərində yuva qurur, lakin yayda qida və isti su axtarışında şimala köç edirlər. Onların müəyyən faizi həmişə miqrasiya zamanı ölür, amma bu qədər böyük sayda deyil.

Ekoloqlar hesab edirlər ki, ifrat həcmdə balıq ovu gənc pinqvinlərin aclıqdan ölməsinə səbəb olub.

Mənbə: octagon.media

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir