Dünya

Türkiyədə daxili aviareyslər kəskin bahalaşdı

Sharing is caring!


Türkiyənin milli valyutasının rekord səviyyədə dəyərdən düşməsi fonunda ölkədə səfər qiymətləri artıb.

Belə ki, daxili reyslər üçün birtərəfli uçuşlarda maksimum səviyyə 43 faiz artımla 1150 lirədən (72,68 manat) 1650 lirəyə (104,28 manat) yüksəlib.

Bu barədə Türkiyə mediasında xəbər yayılıb. Ölkənin Mülki Aviasiya Baş İdarəsi isə iddianı təsdiqləməyib.

Bununla belə birtərəfli reys qiymətlərinə baxdıqda biletlərin 1650 lirəyə qədər bahalaşdığı görünüb.

Türkiyə Avtobus Sürücüləri Federasiyası (TOFED) öz növbəsində bildirib ki, təyyarə biletlərinin bahalaşmasından sonra ölkədə avtobus reyslərinə tələbat artıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir