Dünya

Özbəkistanın nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasında olub – FOTO

Sharing is caring!


Özbəkistanın Baş naziri Abdulla Aripovun başçılıq etdiyi rəsmi nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasında (ƏAİZ) olub.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti ilə keçirilən görüş çərçivəsində Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov görüş iştirakçılarına ƏAİZ-in strateji coğrafi mövqeyi, unikal qanunvericilik bazası, habelə ƏAİZ-də investorlara təqdim edilən istifadəyə hazır ərazi-daxili və ərazi-xarici infrastruktur, mühəndis-kommunikasiya sistemləri ilə təchiz olunmuş sənaye torpaq sahələri, maliyyə və qeyri-maliyyə imtiyazlar paketi haqqında geniş məlumat verib.

Sonda nümayəndə heyətinin üzvləri ƏAİZ-də investorlar üçün yaradılmış əlverişli şəraitlə tanış olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir