Dünya

Artıq bir milyondan çox Türkiyə vətəndaşı xaricdə səs verib

Sharing is caring!


Mayın 14-nə təyin edilmiş prezident və parlament seçkilərində səsvermə başlayandan (aprelin 27-dən) bu yana bir milyondan çox Türkiyə vətəndaşı xaricdəki seçki məntəqələrində səs verib.

Bu barədə çərşənbə günü axşam Ali Seçki Qurumu məlumat yayıb.

“Mayın 3-ü yerli vaxtla saat 21:30-a olan məlumata görə xarici nümayəndəliklərdə və nəzarət-buraxılış məntəqələrində seçicilərin sayı 1 milyon 7 min 165 nəfər təşkil edib”, – qurumdan bildirilib.

Qeyd olunur ki, 3,4 milyon Türkiyə vətəndaşı xaricdə səs verə biləcək, onlardan 277,6 mini ilk dəfə səsvermə hüququndan istifadə edəcək. Səsvermə mayın 9-dək davam edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir