Cəmiyyət

Bakıda hidranta müdaxilə edildi: Ərazini su basdı – FOTO/VİDEO

Sharing is caring!

Suraxanı rayonu, Yeni Bahar qəsəbəsində hidranta müdaxilə edilib.

Bu barədə Oxu.Az-a qəsəbə sakinləri məlumat veriblər.

Bildirilib ki, qəsəbədə üç gündür, su yoxdur:

“Qəsəbənin suyu haraya axır? Heç kimin də vecinə deyil. Qəsəbədə hidranta müdaxilə edilib, su boşuna axıb”.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, açılan hidrant artıq bağlanıb:

“Hidrantlar hər iki tərəfdən qapaqla bağlanır və özbaşına müdaxilə yolverilməzdir. Ona Fövqəladə Hallar Nazirliyi və “Azərsu” ASC-nin işçiləri müdaxilə edə bilərlər. Oradan, çox güman ki, su götürmək üçün vətəndaşlar və yaxud da sudaşıyan maşınların əməkdaşları hidrantı açıblar. Nəticədə belə açıq qalıb”.

“Təəssüf ki, ətrafda sudaşıyan maşınlar pul ödəməmək üçün hidrantlara müdaxilə edirlər. Xəzər Rayon Polis İdarəsinə bu cür halların qarşısını almaq üçün müraciət edilib”, – deyə A.Cəbrayıllı əlavə edib.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir