Dünya

Fransada vətəndaşları döyən polislər sərbəst buraxılıblar

Sharing is caring!


Marseldə yeddi polis əməkdaşı kütləvi etirazların yatırılması zamanı vətəndaşlara qarşı həddən artıq güc tətbiq etmək ittihamı ilə saxlanılıb.

Bu barədə Fransa mətbuatı yazır.

Lakin polislərin qısa müddət sonra sərbəst buraxıldığı bildirilir.

Hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı istintaq 22 yaşlı etirazçının şikayəti əsasında başlayıb.

Həmin şəxs ifadəsində bildirib ki, polislər onun baş nahiyəsinə plastik güllələrlə atəş açıblar.

Zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirilib və bir neçə saat huşsuz vəziyyətdə qalıb.

Xatırladaq ki, Fransada Nahel adlı 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra ölkədə polis zorakılığına qarşı kütləvi etiraz aksiyaları keçirilib.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir