Dünya

Türkiyədə mənzillərin qiyməti kəskin artıb

Sharing is caring!


Türkiyədə 2022-ci ilin may ayından etibarən mənzillərin real dəyəri 45% artıb.

Müvafiq məlumatı çərşənbə axşamı Türkiyə Mərkəzi Bankı dərc edib.

Qiymət dəyişikliklərinin dinamikası haqqında məlumat 2023-cü ilin may ayının sonuna əsasən təqdim edilib. Məlumata görə, mənzillərin dəyər indeksi aprel ayından 3,6%, 2022-ci ilin may ayından isə nominal ifadədə 103,6% artıb.

Hazırda Türkiyədə mənzilin orta hesabla bir kvadratmetri təxminən 1144 dollara başa gəlir. İstanbulda bu rəqəm 1747 dollar, Ankarada 856 dollar, İzmirdə təxminən 1315 dollardır.

Eyni zamanda, indeksdə ən böyük artım şimaldakı Zonguldak, Karabük və Bartın vilayətlərində müşahidə olunub – real ifadədə 135%. Şimal-qərb bölgələrində Ədirnə, Kırklareli və Tekirdağda artım 125,5 faiz, şimal-şərqdə Ağrı, Ərdahan, Qars və İğdır bölgələrində isə 120,8 faiz təşkil edib.

Qeyd edək ki, mənzil dəyəri indeksi 2022-ci ilin əvvəlindən bəri kəskin şəkildə yüksəlir. Nominal və real göstəricilər arasındakı fərq ölkə iqtisadiyyatında baş verən digər proseslər, o cümlədən dəyər itirməkdə davam edən milli valyutanın yüksək volatilliyi və inflyasiya templəri ilə bağlıdır.

Mənbə: Habertürk

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir