Kriminal

Abşeron sakini kirayədə yaşadığı evdə tanışını bıçaqlayıb

Sharing is caring!


Abşeronda kirayədə yaşadığı evdə tanışını bıçaqlayıb.

“Report”un xəbərinə görə, hadisə aprelin 11-də rayonun Masazır qəsəbəsi, A.Ələsgərov küçəsində qeydə alınıb.

Belə ki, Cavad Rasim oğlu Məmmədli şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı evdən götürdüyü bıçaqla qəsdən bir dəfə Murad Coşqun oğlu Vəliyevin sol kürək nahiyəsinə vuraraq ağır bədən xəsarətləri yetirib.

Cavad Məmmədli şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, zəruri istintaq hərəkətləri aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir