Dünya

Avropa Kuboku: Azərbaycanın həndbol komandalarının rəqibləri bəlli oldu

Sharing is caring!


Azərbaycanın həndbol komandalarının 2023/2024 mövsümündə EHF Avropa Kubokundakı rəqibləri bəlli olub.

“Report” xəbər verir ki, bu gün Avstriyanın paytaxtı Vyanada atılan püşkün nəticələrinə görə, komandalar yarışa 1/32 final mərhələsindən qatılacaqlar.

Qadınlardan ibarət “Azəryol” Bosniya və Herseqovinanın “ZRK Krivaya”, “Qarabağ” İspaniyanın “KH-7 BM Qranollers”, “Kür” isə İtaliyanın “Jomi Salerno” komandası ilə qarşılaşacaq. İlk oyunlar 23-24 sentyabrda keçiriləcək. Mərhələnin cavab görüşləri 30 sentyabr – 1 oktyabr tarixlərinə təyin olunub.

Kişilərdən ibarət “Azəryol” birinci mərhələnin “Amber” (Litva) – “Brixen” (İtaliya) cütünün qalibinə rəqib olacaq. “Kür” isə Xorvatiyanın “MRK Sesvete” kollektivi ilə mübarizə aparacaq. İlk oyunlar oktyabrın 14-15-də, cavab matçları 21-22-də keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir