Cəmiyyət

NAYORA daha bir beynəlxalq layihəyə ev sahibliyi edib – FOTO

Sharing is caring!

14-18 sentyabr 2022-ci il tarixlərində Bakı şəhərində Azərbaycan, Belarus, Danimarka, Gürcüstan, Moldova və Ukrayna Milli Şuralarının və onlara üzv olan 50-dən çox gənclər təşkilatının rəhbər və nümayəndələrinin iştirakı ilə “Gənclərin Hüquqları üzrə Bacarıqlarının İnkişaf Etdirilməsi Seminarı” keçirilib.

Proqram çərçivəsində ilk gün komanda quruculuğu fəaliyyətləri, “Gənclər təşkilatlarının idarə edilməsində insan resursları və maliyyə strategiyaları”, “Donorlarla işin səmərəli təşkili”, “Gənclərlə iş sahəsində rəqəmsal alətlərdən istifadə”, “Gənclərin hüquqları ilə bağlı beynəlxalq mexanizmlər” kimi mövzular ətrafında sessiya və təlimlər keçirilib.  

Həmçinin Gənclər Təşkilatlarının Resurs Mərkəzinə təhsil səfəri edilib və AR Gənclər Fondunun Gənclər Təşkilatları ilə iş şöbəsinin rəhbəri Faiq Məmmədovla görüş keçirilib. Görüşdə ölkəmizdə gənclər siyasəti sahəsində görülən işlər və xüsusilə son illər ərzində bu sahədə yeniliklər, gənclərə ən yüksək səviyyədə dövlət diqqəti və qayğısı barədə ətraflı məlumat verilib.

Məlumat üçün vurğulayaq ki, növbəti günlərdə tədbir iştirakçıları üçün Bakının tarixi yerlərinə infotur təşkil edilib. Proqramın sonuncu günü davamlılıq (follow-up) və layihənin qiymətləndirmə sessiyası ilə layihə işini yekunlaşdırıb.

İlk fazası Gürcüstanın Tbilisi şəhərində baş tutan layihənin əsas məqsədi Milli Şuraların və onlara üzv olan gənclər təşkilatlarının potensiallarının artırılması və regional tərəfdaşlıqların qurulmasından ibarət olub.

Qeyd edək ki, layihə Danimarka Milli Şurasının dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilib. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir