Dünya

Ukraynalı gənc ulduz Azərbaycan klubu ilə vidalaşdı

Sharing is caring!


Ukraynalı futbolçu Aleksey Kaşukun “Sabah”da qalmayacağı dəqiqləşib.

Oxu.Az xəbər verir ki, 23 yaşlı cinah oyunçusu Azərbaycan klubu ilə vidalaşıb.

O, bununla bağlı “Instagram” hesabında paylaşım edib:

“Haradan başlayacağımı bilmirdim. Böyük komanda və böyük insanlarla vidalaşmaq çətin və emosional bir andır. Bəzən hissləri ifadə etmək və vida məktubu yazmaq çətin olur. Əla vaxt keçirdiyim, unudulmaz anlar yaşadığım “Sabah”dan ayrılıram. Təcrübələrini mənimlə bölüşən və mənə kömək edən hər kəsə təşəkkür etmək istəyirəm. Rəhbərliyə, məşqçilərə, bütün heyətə, həkimlərə, klub işçilərinə təşəkkür edirəm, onların sayəsində özümü çox sevilən və əziz hiss edirəm.

Klubun hədəflərinə çatmasına futbolçu kimi kömək etmək üçün gəldim və sizin köməyinizlə buna nail olduq. Ailəm və mən klubda, ölkədə gördüyümüz xoş qarşılanmaya, sevgiyə görə sizə sonsuza qədər minnətdar olacağıq”, – futbolçu yazıb.

Kaşuk 2022-ci ilin martında “Şaxtyor”dan icarə əsasında “Sabah”a keçib. Ukraynalı vinger Azərbaycan Premyer Liqasında keçirdiyi 39 oyunda 18 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb. O, ölkəsinin U-21 millisinin heyətində Avropa çempionatındakı çıxışı ilə diqqətləri üzərinə çəkib. Onun Avropanın məşhur klublarından təklif aldığı bildirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir