Dünya

Ukrayna Baş Qərargahı: “Rusiya gizli səfərbərliyə hazırlaşır”

Sharing is caring!

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı iddia edir ki, Rusiyada orduya yeni “gizli səfərbərlik” dalğası başlaya bilər.

Bu barədə idarənin noyabrın 27-də qurumun hesabatında deyilir.

Mövcud məlumata görə, Rusiya Federasiyasında və Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində bu il dekabrın 10-dan etibarən Rusiya qüvvələrinin sıralarına gizli səfərbərliyin növbəti dalğasının keçirilməsi üçün hazırlıq tədbirləri davam etdirilir.

Rəsmi olaraq Kreml bu cür planları rədd edir.

Qeyd edək ki, sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan edilib. Oktyabrın sonunda səfərbərliyin başa çatdığı və müharibəyə çağırış planının yerinə yetirildiyi elan olunub.

Mənbə: meduza.io

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir