Cəmiyyət

Paytaxtda zeytun ağaclarının müalicəsinə başlanılıb – FOTO

Sharing is caring!


Paytaxtımız Bakı şəhərində uzun illərdir ki, çoxlu zeytun ağacı əkilib və bu həmişəyaşıl ağaclar şəhərimizə xüsusi gözəlliyik verir. Lakin bir müddətdir ki, şəhərin müxtəlif ərazilərindəki zeytun ağaclarında naməlum xəstəlik aşkarlanıb, bu da bəzi ağaclarda quruma və saralmalara gətirir.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidməti məlumat yayıb.

Dövlət qurumlarını, ictimaiyyəti və sakinlərimizi narahat edən bu məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir, qurumun tapşırığına uyğun olaraq şəhərin bütün ərazisində zeytun ağaclarının vəziyyətinin araşdırılması aparılır. Xüsusi olaraq İsraildən dəvət edilən bitkiçilik üzrə mütəxəssis, aqronom Qabriel Eliazz hazırda Bakıdadır və yerli mütəxəssislərlə birlikdə paytaxtın müxtəlif ərazilərində mövcud zeytun ağaclarının vəziyyəti araşdırılır, xəstə ağacların müalicəsi ilə bağlı tədbirlərə başlanılıb.

Qabriel Eliazzisin bildirdiyinə görə, əsas etibarı ilə qlobal iqlim dəyişiklikləri səbəbindən baş verən bu hal demək olar ki, bütün dünyanı bürüyüb. Dünyanın aparıcı zeytun istehsalçılarından olan İtaliya, İspaniya, Yunanıstan, qardaş Türkiyədə xeyli zeytun ağacı xəstəlik səbəbindən məhv olub. O, bildirib ki, Bakı meriyası tərəfindən görülən qabaqlayıcı işlər bi xəstəliyin geniş yayılmasının qarşısını alıb. Zeytun ağaclarında müşahidə edilən xəstəliklərin aradan qaldırılması məqsədilə müxtəlif müalicə üsulları tətbiq olunur, ağaclara gübrə verilir, onlara xüsusi kimyəvi tərkibli dərmanlar ampulalarla inyeksiya edilir və quruyan budaqları budanır. Yoluxan ağacların budaqlarının və quruyan yarpaqların budanması xəstəliyin digər ağaclara yayılmasının qarşısının alınması məqsədi ilə edilir.

Həmçinin bildirilib ki, əvvəlki vaxtlarda cavanlaşdırma məqsədilə budanan ağaclara xəstəlik demək olar ki, təsir etməyib və mövsüm zamanı zeytun ağaclarında cavanlaşdırıcı budama işlərinin aparılması vacib şərtlərdəndir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir