Dünya

Azərbaycan və İtaliya hərbi ekspertləri əməkdaşlıq məsələlərini müzakirə ediblər – FOTO

Sharing is caring!


Azərbaycan və İtaliya Müdafiə nazirlikləri arasında imzalanan plana əsasən, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində hər iki ölkənin hərbi-mülki əməkdaşlıq (CIMIC) üzrə ekspertlərinin görüşü keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabitləri Azərbaycan Ordusunda hərbi-mülki əməkdaşlıqla bağlı həyata keçirilən tədbirlər barədə qonaqlara ətraflı məlumat veriblər.

Görüşdə mövzu ilə bağlı brifinqlər təqdim olunub, hərbi-mülki əməkdaşlıq sahəsində qabaqcıl təcrübənin öyrənilməsi məsələləri müzakirə edilib, keçirilən görüşlərin səmərəliliyi qeyd olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir