Dünya

Aİ Gürcüstana çağırış etdi: “Rusiya təyyarələri ölkə ərazisinə buraxılmasın”

Sharing is caring!


Avropa İttifaqı Gürcüstanı Rusiyaya qarşı sanksiyalara əməl etməyə və Rusiya təyyarələrini öz ərazisinə buraxmamağa çağırıb.

Bu barədə Avropa İttifaqının xarici işlər üzrə nümayəndəsi Peter Stano bildirib.

“Avropa İttifaqı öz aviaşirkətlərinə Rusiyaya və Rusiya üzərindən uçuşları qadağan edib. Həmçinin digər ölkələri, o cümlədən Aİ üzvlüyünə namizəd statusuna iddia edən Gürcüstanı da bu sanksiyalara qoşulmağa çağırır”, – deyə o qeyd edib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi haqqında fərman imzalayıb. Digər fərmanla o, 2019-cu ildən qüvvədə olan Rusiya aviaşirkətlərinin uçuşlarına və Gürcüstana turların satışına qadağa qoyulmasını ləğv edib.

Gürcüstan Prezidenti Salome Zurabişvili bəyan edib ki, Rusiyanın Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi və respublikaya hava yolu ilə səyahətə qoyulan qadağanın götürülməsi barədə qərarı Ukraynadakı vəziyyətlə əlaqədar qəbuledilməzdir. O, bu qərarı Rusiyanın növbəti təxribatı adlandırıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir