Dünya

Niderlandda “quş qripi” panikası

Sharing is caring!

Niderlandda çöl quşlarında quş qripi virusu aşkar edildiyi üçün fermerlərdən quşçuluq təsərrüfatlarında heyvanların çöllə təmas saxlamamaları istənilib.

“Anadolu” agentliyi xəbər verir ki, Utrex şəhərinin Koçengen kəndində 6 vəhşi ördəkdə aparılan testlər nəticəsində onların ikisində quş qripi aşkar edilib.

Bildirilib ki, eyni bölgədə ölən bir çöl ördəyində də quş qripi tapılıb.

Ölkənin Kənd Təsərrüfatı naziri Karola Skouten qeyd edib ki, virusun yayılmasının qarşısını almaq üçün quşçuluq təsərrüfatlarındakı heyvanlar çölə çıxmamalıdırlar.

Nazirlikdəki mütəxəssislər virusun ölkəyə böyük ehtimalla Rusiya və ya Qazaxıstandan köç edən quşlar vasitəsilə gəldiyini deyiblər.

Heyvanlarda rast gəlinən quş qripi virusunun yüksək patogen növü -H5N8 olub.

Bildirilir ki, son illərdə ölkədə bir çox təsərrüfatda quş qripinə rast gəlinib və on minlərlə toyuq məhv edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir