Dünya

Sudanda vəziyyət daha da gərginləşdi: Xəstəxanalar işini dayandırdı

Sharing is caring!


Sudanın paytaxtı Xartumda ölkədəki hərbi əməliyyatlar səbəbindən bütün dövlət xəstəxanaları öz işini dayandırıb.

Bu barədə Sudanın Həkimlər İttifaqının nümayəndəsi bəyan edib.

Bildirilib ki, zərərçəkənlərə qayğı göstərməkdə davam edən xəstəxanalarda oksigen avadanlığı çatışmır.

Həkimlər Sudanın səhiyyə sektorunda baş verənləri insanlığa qarşı cinayət adlandırıblar. Tibb işçilərinin fikrincə, ölkədəki humanitar böhranın yeganə həlli döyüş əməliyyatlarının dayandırılması ola bilər.

Qeyd edək ki, ölkənin faktiki lideri, ordu komandiri Əbdülfəttah əl-Burhanın rəhbərlik etdiyi Sudan Silahlı Qüvvələri ilə Çevik Reaksiya Qüvvələrinin (xüsusi təyinatlıların) komandiri, Hemetti kimi tanınan Məhəmməd Həmdan Daqalo arasında münaqişə aprelin 15-dən açıq mərhələyə keçib. Aprelin 27-nə olan məlumata görə, qarşıdurmalar nəticəsində ümumilikdə 528 nəfər ölüb, 4 599 nəfər yaralanıb. Hazırda Qərbi Darfur və Xartum istisna olmaqla, Sudanın əksər əyalətlərində nisbi sakitlik qeydə alınıb.

Sudanın hava məkanında uçuşlara mayın 13-dək məhdudiyyət qoyulub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir