İdman

Qətər İranı məğlub edərək Asiya Kubokunun finalına çıxdı – VİDEO

Sharing is caring!


Asiya Kubokunun ikinci yarımfinal oyununda İran və Qətər milliləri qarşılaşıb.

Dohadakı (Qətər) “Əl Tumama” stadionundakı matçda meydan sahibləri üstün olublar.

Oyunun ilk dəqiqələrində hesabı İran yığması açsa da, qarşılıqlı qollarla yadda qalan qarşılaşma Qətərin 3:2 hesablı qələbəsilə yekunlaşıb. Matçın sonuna 20 dəqiqəyə yaxın vaxt əlavə olunsa da, iranlılar oyunun gedişatını dəyişə bilməyiblər.

Beləliklə, Qətər millisi ardıcıl ikinci dəfə Asiya kubokunun finalına yüksəlib və həlledici matçda İordaniya ilə üz-üzə gələcək.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir