Dünya

Rusiya, Türkiyə, Suriya və İranın müdafiə nazirləri Moskvada görüşüblər

Sharing is caring!


Rusiyanın müdafiə naziri Sergey Şoyqu Türkiyə, Suriya və İranın müdafiə qurumlarının rəhbərləri ilə danışıqlar aparıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin Mətbuat Xidməti xəbər verib.

Görüşdə Suriyada təhlükəsizliyin möhkəmləndirilməsi, Suriya-Türkiyə münasibətlərinin normallaşdırılması, terrorizmin təzahürlərinə qarşı mübarizə və Suriyada ekstremist qruplaşmalara qarşı mübarizə üzrə praktiki addımlar müzakirə olunub.

Nazirlər, həmçinin dördtərəfli formatda keçirilən dialoqun konstruktiv xarakterini, həmçinin Suriyada və bütövlükdə regionda vəziyyətin daha da sabitləşdirilməsi üçün onun davam etdirilməsinin zəruriliyini vurğulayıblar.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir