Müharibə

Ermənilər həyasızlığa başladılar – VİDEO

Sharing is caring!

Bölgədə daimi sülhün təmin olunması üçün Azərbaycan uzun müddətdir diplomatik çərçivədə mübarizə aparır. 

Ermənistan isə sülhə daha çox yaxınlaşmaqdan, Brüssel görüşündə humanitar məsələlər üzrə götürdüyü öhdəlikləri yerinə yetirməkdənsə, əksini nümayiş etdirir. 

Son günlər bir qədər də azğınlaşaraq, daha genişmiqyaslı təxribatlar törədirlər. Sentyabrın 12-də gecə saatlarında ermənilər tərəfindən sərhəddə yaradılan süni gərginlik, eyni zamanda ərazilərimizin yenidən minalanmasına cəhd də bunun sübutudur. 

Çətinə düşən kimi “dost”a zəng prinsipinə əməl edən ermənilər bu dəfə də adətlərinə sadiq qaldılar. Azərbaycan Ordusu tərəfindən aldıqları cavabdan kürkünə birə düşən Paşinyan hökuməti gah Vladimir Putin, gah Makron, gah da Rəisidən yardım istədi. Ermənistan parlamenti isə KTMT və BMT Təhlükəsizlik Şurasına müraciət edərək düşdükləri bataqlıqdan çıxmağa çalışır. 

Ekspertlər hesab edirlər ki, bu, ermənilərin son çırpınışlarıdır. Azərbaycan Ermənistanı dəfələrlə sülhə dəvət etsə də, onlar israrla kötək istədilər. İndi isə hansısa ölkədən və ya beynəlxalq təşkilatdan yardım dilənmələrinin heç bir faydası olmayacaq.

Ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir