Dünya

İrəvanda qazandığı qızıl medalı Azərbaycana həsr edən idmançı: “Bakıya gəlmək istəyirəm”

Sharing is caring!


“Azərbaycana, Bakıya gəlmək istəyirəm”.

Bunu “Report”a açıqlamasında Ermənistanın paytaxtı İrəvanda qızıl medal qazanan Türkiyə ağırlıqqaldıranı Cansu Bektaş deyib.

20 yaşlı idmançı Azərbaycana dəvət olunduğunu xatırladıb:

“Federasiya prezidentimizlə görüşəcəklər. İlk olaraq nazirliyin icazəsi olmalıdır. Bu gerçəkləşsə, gələcəyəm. Çünki bunu çox istəyirəm”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Cansu Bektaş və gümüş medala sahib çıxan Qamze Altunun Azərbaycana dəvət olunması ilə bağlı tapşırıq verib.

Xatırladaq ki, İrəvandakı yarışın açılış mərasimində Azərbaycan bayrağı yandırılıb. Bu hadisədən sonra milli yarışdan imtina edərək Bakıya qayıtmağı qərara alıb.

Bektaş və Altun qazandıqları medalları məhz Azərbaycana həsr etdiklərini açıqlayıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir