Dünya

Daha bir güneyli milli fəal iş yerində döyülərək həbs edilib – FOTO

Sharing is caring!


İranda daha bir güneyli milli fəal həbs edilib. 

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, Azərbaycan Milli Hərəkatının fəallarından Mehrdad Qadiri ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyinin mülki geyimli dörd əməkdaşı tərəfindən iş yerində vəhşicəsinə döyüldükdən sonra naməlum yerə aparılıb.

Bundan bir neçə saat sonra İran təhlükəsizlik orqanının üç əməkdaşı azərbaycanlı fəalın evinə basqın edərək axtarış aparıb, onun şəxsi əşyalarını, o cümlədən notbuk, kitablar və mobil telefonunu müsadirə ediblər.

Mehrdad Qadirinin həbsinin səbəbi və harada olması barədə hələ ki, məlumat yoxdur. Bu da azərbaycanlı fəalın valideynlərinin və yaxınlarının narahatlığına səbəb olub.

Qeyd edək ki, son günlər güneyli fəalların döyülərək iş yerindən naməlum yerə aparılması ilə bağlı hallar çoxalıb (Əli Qoşaçaylı (Babayi), Peyman İbrahimi Dinvər və s.)

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir