Dünya

Türkiyəli nazir: “Düşünürəm ki, seçicilər Ərdoğana dünyada ehtiyac olduğunu nəzərə alacaqlar”

Sharing is caring!


“Düşünürəm ki, Rəcəb Tayyib Ərdoğana təkcə ölkəmizin deyil, dünyanın zülmə məruz qalan millətlərinin də nəyə görə ehtiyacının olduğunu seçicilərimiz mütləq nəzərə alacaqlar”.

Bu sözləri Türkiyə kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi AK Partiya namizədlərinin təqdimat toplantısının canlı yayımı zamanı deyib.

“Burada hazırda vətəndaşların diqqətini bir şeyə çəkmək istəyirəm. Türkiyənin xüsusilə içindən keçdiyi bu dövrdə Rəcəb Tayyib Ərdoğana, prezidentimizə təkcə ölkəmizin deyil, dünyanın zülmə məruz qalan millətlərinin də nəyə görə ehtiyacının olduğunu mütləq seçicimizin nəzərə alacağını düşünürəm”, – deyə o qeyd edib.

Mənbə: A Haber

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir