Cəmiyyət

Müharibə əlilinin 725 min manatını mənimsəyən qadına hökm oxunub – FOTO

Sharing is caring!


Birinci Qarabağ müharibəsi əlili Əfqan Zeynalovun külli miqdarda pulunu mənimsəmədə ittiham olunan Nelli Fabriçnayanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Nelli Fabriçnaya verilmiş ittihamla təqsirli bilinərək 11 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, 35 yaşlı Nelli Fabriçnaya “Avtotransyol” və “Murov TSK”nın rəhbəri olmuş zərərçəkmiş Əfqan Zeynalovun 725 min manat pulunu mənimsəmə və israfetmə yolu ilə ələ keçirməkdə təqsirləndirilib.

Nelli Fabriçnayaya qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir