Cəmiyyət

Yevlaxda beşmərtəbəli yaşayış binasında yanğın olub

Sharing is caring!


Yevlax şəhərində beşmərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, binanın 4-cü mərtəbəsində ümumi sahəsi 30 kvadratmetr olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 kvadratmetr sahədə və mətbəxinin yanar konstruksiyaları 2 kvadratmetr sahədə yanıb.

“Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə qeyd olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir