Siyasət

Müdafiə nazirinin müavini Azərbaycanın ABŞ-dəki səfirliyini ziyarət edib – YENİLƏNİB + FOTO

Sharing is caring!


Amerika Birləşmiş Ştatlarında səfərdə olan Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ölkəmizin ABŞ-dəki səfirliyini ziyarət edib.

Bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi məlumat yayıb.

21:53

Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı, general-leytenant Ramiz Tahirov Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Səfər çərçivəsində general-leytenant R.Tahirov ABŞ Hərbi Hava Qüvvələrinin komandanı ordu-generalı Çarlis Braun ilə görüşüb.

Tərəflər hərbi əməkdaşlığın cari vəziyyəti və regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıblar.

Görüşdə Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim də iştirak edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir