Dünya

Valensiyada dünyanın ilk dörd günlük iş həftəsi təcrübəsi keçirilir

Sharing is caring!


Valensiya hakimiyyəti bazar ertəsi dörd günlük iş həftəsi tətbiq etmək üçün sınaqlara başlayıb.

Bu barədə şəhər meriyasından məlumat verilib.

“Valensiya dünyada bir ay davam edən 32 saatlıq iş həftəsi layihəsini sınaqdan keçirən ilk şəhər olacaq”, – press-relizdə deyilir.

Təcrübə mayın 7-dək davam edəcək. Şəhərdə bazar ertəsi günləri artıq rəsmən istirahət günləri elan edilib.

Pilot layihə daha qısa iş həftəsinin yerli sakinlərin sağlamlığı və rifahı, ətraf mühit və iqtisadiyyat kimi sahələrə, xüsusən də ticarət, qonaqpərvərlik və istirahət sahələrinə necə təsir etdiyini təhlil edəcək. Nəticələrin iyulda təqdim olunması gözlənilir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir