Dünya

Asiyanın “El Çapo”su Avstraliyaya ekstradisiya edilib

Sharing is caring!

Asiyanın “El Çapo”su sayılan ən çox axtarılan narkotik taciri Se Çjile Avstraliyaya ekstradisiya edilib.

Məlumata görə, onu ömürlük həbs cəzası gözləyir.

Çjile 2021-ci ildə Niderland Beynəlxalq Cinayət Polisi Təşkilatı (İnterpol) tərəfindən həbs edilib.

Avstraliya hakimiyyəti onu 2012-ci ildən 2013-cü ilə qədər ölkəyə 4 milyon Avstraliya dollarından (təxminən 3 milyon dollar) çox metamfetamin idxal etməkdə ittiham edir.

Qeyd edik ki, Çin əsilli kanadalı olna Se əsasən Asiya-Sakit okean regionunda fəaliyyət göstərən və qanunsuz maddələrin satışından hər il milyardlarla dollar qazanan dünyanın ən böyük narkotik sindikatlarından birini təşkil edib. Avstraliya polisinin hesablamalarına görə, onun cinayət strukturu heroin və ketamin də daxil olmaqla, ölkəyə gətirilən bütün narkotiklərin təxminən 70%-nin idxalçısıdır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir