Dünya

Noyer 700-cü matçına görə həkimlərə minnətdarlıq etdi

Sharing is caring!


Münhen “Bavariya”sının qapıçısı Manuel Noyer peşəkar karyerasının 700-cü matçını şərh edib.

37 yaşlı qapıçı bu göstəriciyə Çempionlar Liqasının “Mançester Yunayted”lə oyununda çatıb.

“Mənim bu faktdan xəbərim yox idi. Özümü tam hazır hiss edirəm. Ayağımı sındırdıqdan sonra hər şeyin bu qədər yaxşı gedəcəyini və oyunun ritmini davamlı olaraq saxlaya biləcəyimi heç gözləmirdim. Biz xoşbəxtik, həkimlərə çox minnətdaram”, – deyə təcrübəli qapıçı vurğulayıb.

Məlumat üçün əlavə edək ki, Manuel Noyer Almaniyanın “Şalke 04″ klubunun yetirməsidir. 2011-ci ildən ona Münhen “Bavariya”yasının çərçivəsi həvalə edilib.

Mənbə: Uefa.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir