Dünya

Məşhur amerikalı aktyor vəfat etdi – FOTO

Sharing is caring!


Məşhur amerikalı aktyor Maykl Lerner 81 yaşında vəfat edib.

Bu barədə aktyorun ailəsi məlumat verib. Lakin ölüm səbəbi açıqlanmayıb.

“Onu tanıyan hər kəs onun necə çılğın olduğunu bilir – yaxşı mənada. Mən çox şanslıyam ki, onunla çox vaxt keçirə bilmişəm. Həmçinin biz hamımız şanslıyıq ki, onun işini izləməyə davam edə biləcəyik”, – deyə Maykl Lernerin qardaşı oğlu Sem Lerner qeyd edib.

Maykl Lerner Nyu-Yorkda rumıniyalı yəhudi ailəsində anadan olub. O, əvvəlcə təhsil almağı və ingilis dilindən professor kimi fəaliyyət göstərməyi planlaşdırsa da, sonradan fikrini dəyişib. Bruklin Kollecində təhsil aldıqdan sonra London Musiqi və Dramatik İncəsənət Akademiyasına daxil olub. Lerner daha sonra Los-Ancelesə köçüb və filmlərdə rol almağa başlayıb.

Aktyorluq karyerası ərzində Lerner “Barton Fink” filmində ən yaxşı ikinci plan kişi rolu nominasiyasında “Oskar” mükafatına namizəd olub.

Maykl Lerner, həmçinin “Qodzilla” filmindəki mer Ebert rolu ilə də tanınır.

Lerner “San-Fransisko küçələri”, “Poçtalyon həmişə iki dəfə zəng çalır”, “Elf”, “Ciddi adam”, “İks adamlar: Keçmiş gələcəyin günləri” kimi film layihələrində iştirak edib.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir