Dünya

İraq Rusiya təyyarəsini öz hava məkanına buraxmadı

Sharing is caring!


İraq heç bir izahat vermədən Yekaterinburqdan Şarm əş-Şeyxə doğru hərəkət edən Rusiya təyyarəsini öz hava məkanına buraxmayıb.

Baxmayaraq ki, təyyarənin uçuş üçün bütün icazə sənədləri olub.

Bu barədə aviadaşıyıcının mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, buna baxmayaraq, təyyarə İraqın hava məkanına buraxılmayıb və səbəbi barədə heç bir izahat verilməyib.

Rusiya hava yollarının təyyarəsi İran hava məkanında bir neçə dövrə vurduqdan sonra Soçidəki ehtiyat aerodroma uçmağa məcbur olub.

Daha sonra uçuş üçün icazə alınıb və layner Şarm əş-Şeyxə yola düşüb.

Mənbə: MK.ru  

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir