Dünya

Ərdoğanın hakimiyyəti illərində Türkiyədə həyata keçirilən böyük layihələrin siyahısı açıqlanıb – FOTO

Sharing is caring!


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın iqtidarda olduğu illərdə ölkədə həyata keçirilən ən böyük layihələrin siyahısı açıqlanıb.

Bu müddət ərzində ən müasir tibb texnologiyasının mövcud olduğu müasir şəhər xəstəxanaları yaradılıb.

Bildirilib ki, xüsusi dizaynı və texnologiyası ilə seçilən Avropanın ən böyük aeroportu – İstanbul Hava Limanı açılıb.

Qəzetin məqaləsində qeyd olunub ki, təbii qaz və neft yataqları kəşflərini sürətləndirən, beləliklə, xarici bazardan asılılığa son qoyan “Abdülhamid Han”, “Kanuni”, “Yavuz” gəmiləri istifadəyə verilib.

Məlumata görə, Ədalət və İnkişaf Partiyasının iqtidarda olduğu illər ərzində Türkiyədə 650 min ev tikilib. Həmçinin müdafiə sənayesi sahəsində 3 milyard 770 milyon dollarlıq ixrac həyata keçirilib.

Ən mühüm layihələrdən olan pilotsuz uçuş aparatları (PUA) və “Qızıl alma” döyüş təyyarəsi istehsal olunub. PUA-lar daha da təkmilləşdirilərək zərbə və kəşfiyyat seriyaları istifadəyə verilib.

Məqalədə vurğulanıb ki, son 20 ildə Türkiyə xalqının 60 illik arzusu gerçək olub: “Yerli və milli avtomobilimizi istehsal etdik. İlin sonuna qədər 20 min “Togg” yollarda olacaq. Hər 3 dəqiqədən bir 1 avtomobil istehsal olunur. Hədəfimiz 2030-cu ilə qədər 1 milyon “Togg”-nun istifadəyə verilməsidir”.

Həmçinin bildirib ki, 24 ildir davam edən təqaüdlə bağlı yaş məsələsi həll olunub və 2 milyon 250 min insana bu haqq verilib.

Qeyd edək ki, Ədalət və İnkişaf Partiyası 2002-ci ildə ilk dəfə seçkilərdə qalib gəlib.

Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.

Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparacaq. Bunlar “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Muharrem İnce və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.

“Cümhur İttifaqı”na Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası və Hür Dava Partiyası üzvdür.

“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.

“Ata” ittifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaq partiyaları daxildir.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, mayın 14-də ümumilikdə 60 904 499 seçici səs verəcək.

Türkiyədən kənarda olan seçicilərin sayı isə 3 286 786 nəfərdir.

Ölkənin 81 əyalətində 195 min seçki məntəqəsi fəaliyyət göstərəcək.

Mənbə: “Sabah” qəzeti

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir