Dünya

Monteneqroda prezident seçkilərində sabiq nazir qalib gəlib

Sharing is caring!


Sabiq iqtisadi inkişaf naziri Yakov Milatoviç Monteneqroda keçirilən prezident seçkilərində təxminən 60 faiz səs toplaraq qalib gəlib.

Bu barədə seçki bülletenlərinin 66%-ni emal etdikdən sonra Monitorinq Mərkəzi (CeMI) tərəfindən açıqlanan “exit-poll” nəticələrində qeyd olunub.

“Səslərin 66 faizini hesablayandan sonra cənab [Milo] Cukanoviç 39,8 faiz, cənab Milatoviç isə 60,2 faiz səs toplayıb”, – deyə CeMI nümayəndəsi bildirib.

Qeyd edək ki, hazırkı dövlət başçısı Milo Cukanoviç və “Avropa indi” hərəkatının nümayəndəsi, 2020-ci il dekabrın 4-dən 2022-ci il aprelin 28-dək iqtisadi inkişaf naziri vəzifəsində çalışan Y.Milatoviç prezidentlik uğrunda mübarizədə iştirak edirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir