Dünya

Danimarkada Quran yandırıldı – FOTO/VİDEO

Sharing is caring!


Kopenhagendə İraqın Danimarkadakı səfirliyinin binası qarşısında aksiya keçirilib, Quran yandırılıb.

Məlumata görə, təxribat “Danske Patrioter” (“Danimarka vətənpərvərləri”) qruplaşmasının üzvləri tərəfindən təşkil edilib.

Ekstremistlər aksiyanı sosial şəbəkə hesabları vasitəsilə canlı yayımlayıblar. Təxribatı Bağdaddakı İsveç səfirliyinə hücuma etiraz olaraq təşkil etdiklərini bildiriblər.

Qeyd edək ki, aksiya polisin ciddi mühafizəsi altında və media nümayəndələrinin iştirakı ilə keçirilib.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir