Cəmiyyət

Bakı-Sumqayıt yolunda baş verən qəzanın səbəbi açıqlandı – YENİLƏNİB + VİDEO

Sharing is caring!


“Səhər saat 06:55 radələrində Bakı-Sumqayıt yolunun 10-cu kilometrində baş verən qəzaya səbəb sürücünün yuxulaması olub”. 

Bununla bağlı Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsinin İctimai Qurumlarla Əlaqə Şöbəsindən bildirilib. 

“Hadisə nəticəsində ölən və xəsarət alan yoxdur. Nəqliyyatın hərəkəti tənzimlənib”, – deyə məlumatda qeyd edilib.

09:08

Bakı-Sumqayıt yolunda yük maşını aşıb.

Oxu.Az xəbər verir ki, səhər saatlarında baş verən qəza səbəbindən sözügedən magistral yolda nəqliyyatın hərəkətində uzun tıxac yaranıb.

Qəza Abşeron rayonu, Xırdalan şəhəri yaxınlığındakı körpünün altında baş verib. Yoldakı tunelin divarlarına çırpılan yük maşını aşıb.

İlkin məlumata görə, ölən və yaralanan olmayıb.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir