Dünya

Mahmud Abbas: “Azərbaycan və Fələstin arasında həmrəylik təqdirəlayiqdir”

Sharing is caring!


“Azərbaycan və Fələstin arasında həmrəylik təqdirəlayiqdir”.

Oxu.Az xəbər verir ki, bunu Fələstin Prezidenti Mahmud Abbas martın 30-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovu qəbul edərkən deyib.

Mahmud Abbas Azərbaycan və Fələstin arasında geniş ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin təqdirəlayiq olduğunu məmnunluqla qeyd edib.

Görüşdə Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın Hərəkatın gücləndirilməsi, o cümlədən, üzv dövlətlərin fəaliyyətinin əlaqələndirilməsi istiqamətində həyata keçirdiyi təşəbbüslərin təqdirəlayiq olduğu bildirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir