Dünya

Rusiyada balaca qızcığazın udduğu maqnit kürələr onu xəstəxanalıq etdi

Sharing is caring!


Moskvada balaca qız maqnit konstruktordan 12 kürə udub. Maqnit kürələr bir-birinə cəzb olunaraq bağırsaqların divarlarını doqquz yerdən deşiblər.

Hadisənin detallarını Rusiya paytaxtının Səhiyyə Departamentinin mətbuat xidmətindən bildirilib.

“Paytaxt poliklinikalarından birinə valideynlər müraciət edərək qızlarının dayanmadan qusduğunu deyiblər. Rentgen şüaları onun bədənində yad cisimlərin olduğunu göstərdi. Sonradan məlum oldu ki, bunlar konstruktorun 12 maqnit kürəsi olub. Qızcığaz təcili olaraq cərrahi müdaxilə üçün xəstəxanaya yerləşdirilib. Xoşbəxtlikdən, valideynlər vaxtında pediatra müraciət ediblər. Bir-iki gün sonra uşağın qarın boşluğunda iltihablı proses başlaya bilərdi”, – deyə departamentdən bildirilib.

Məlumata görə maqnit kürələr uşağın orqanizmində bir-birini çəkərək nazik bağırsağın ilgəklərini sıxmağa başlayıb və bu da bağırsaq keçməzliyinə səbəb olub. Həmçinin, kürələr bağırsağın divarlarını dəlmə-deşik ediblər.

Uşaq xəstəxanasının cərrahi briqadası dərhal açıq əməliyyat keçirib. Həkimlər maqnit kürələri çıxarıb, bağırsaq deşiklərini də tikiblər. Əməliyyatdan 10 gün sonra qız evə buraxılıb. Qızın valideynlərinin dediyinə görə, onların evində maqnit konstruktorlar yoxdur, uşaq yalnız həmin təhlükəli oyuncağı qonaqlıqda tapa bilərdi.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir