Dünya

Türkiyə ordusu Suriyada PKK-ya qarşı ən böyük hava hücumunu həyata keçirib

Sharing is caring!


Türkiyə Hərbi Hava Qüvvələri Suriyanın şimalında ən böyük hava əməliyyatını həyata keçirib və hədəfi Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası (PKK) və onun Suriya qanadı Xalq Müdafiə Qüvvələrinin hədəfləri olub. Məlumata görə, reyddə 30 döyüş təyyarəsinin iştirak etdiyi bildirilib.

Cümə axşamı axşam saatlarında başlayan əməliyyat 40-50 km dərinlikdə aparılıb. Tell-Rifaat, Cizirə və Derik bölgələrində silah bazalarına, PKK-ya məxsus neft quyularına və yanacaq-sürtkü materialları anbarlarına hücumlar təşkil edilib.

Türkiyə Müdafiə Nazirliyi bundan əvvəl əməliyyat zamanı PKK-nın 15 hədəfinin və xeyli sayda yaraqlının məhv edildiyini bildirib.

Qeyd edək ki, oktyabrın 1-də PKK-nın Daxili İşlər Nazirliyinin Ankaradakı qərargahına terror cəhdindən sonra Türkiyə Suriyanın şimalında və İraqda hava əməliyyatları həyata keçirir. Türkiyə hakimiyyəti BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququ əsasında hərəkət etdiklərini bildirir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir