Dünya

İran uranın zəngiləşdirməsini nüvə silahı istehsalı üçün yetərli qədər artırıb

Sharing is caring!

İran son aylarda uranın zəngiləşdirilməsinə davam edib.

Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) hesabatında bildirilir.

Qeyd olunur ki, hazırda İranın nüvə ehtiyatı 2015-ci il sazişində nəzərdə tutulandan 18 dəfə çoxdur.

Belə ki, bu il 12 fevral tarixində İranın zənginləşmiş uran ehtiyatı 3673,7 kiloqrama bərabər olub. Halbuki, 2015-ci il tarixli razılaşmada bu hədd 202,8 kiloqram kimi göstərilib.

Məlumata görə, İran artıq uranın zəngiləşdirməsini 84 faiz artırıb ki, bu da nüvə silahı istehsalı üçün kifayətdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir