İdman

İtaliya A Seriyası: “Roma” autsayderə uduzdu – VİDEO

Sharing is caring!

İtaliya A Seriyasında 24-cü turun daha bir oyunu keçirilib.

“Roma” səfərdə “Kremoneze”nin qonağı olub. Görüş paytaxt təmsilçisinin məğlubiyyəti ilə başa çatıb – 1:2.

Hesabı 17-ci dəqiqədə meydan sahiblərindən Frank Tsacu açıb. 71-ci dəqiqədə Leonardo Spinatsola tarazlığı bərpa edib. Görüşdə son nöqtəni isə 83-cü dəqiqədə penaltidən Daniel Çofani qoyub.

İlk hissənin əvvəlində “canavarlar”ın baş məşqçisi Joze Mourinyo baş hakim Marko Piççinini təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə ilə texniki zonadan qovulub.

Bu nəticədən sonra xallarını 12-yə çatdıran “Kremoneze” cari çempionatdakı ilk qələbəsini qazanaraq sonuncu pillədən xilas olub və 19-cu sıraya yüksəlib. 44 xalı olan “Roma” isə 5-cidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir