Dünya

İsrail Müdafiə Qüvvələri Livandakı “Hizbullah” terror təşkilatının obyektlərinə zərbələr endiriblər

Sharing is caring!


Son bir neçə saat ərzində İsrail Müdafiə Qüvvələri Livanla sərhəd boyu “Hizbullah” terror təşkilatınına məxsus hədəflərə zərbələr endiriblər.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin “Telegram” kanalında paylaşım edilib.

Bildirilib ki, bu, çərşənbə günü baş verən atışmaya cavab olub.

Məlumata görə, məhv edilən hədəflər arasında dənizə baxan müşahidə məntəqəsi olub ki, oradan Roş Ha-Nikraya tank əleyhinə raketlər atılıb.

İsrail Müdafiə Qüvvələri, həmçinin Qəzza zolağında terror infrastrukturunu məhv edib. Eyni zamanda müxtəlif terror təşkilatlarının yüksəkrütbəli üzvlərini, o cümlədən “Xalq müqavimət komitələri”nin Rəfah hərbi şöbəsinin rəhbərini öldürüb.

Məlumatda qeyd edilib ki, İsrail Müdafiə Qüvvələri Qəzza zolağına zərbələr endirməkdə davam edir. Son sutka ərzində HƏMAS terror təşkilatının yüzlərlə strukturuna, o cümlədən Şucayyadakı onlarla obyektinə zərbələr endirib. Bu strukturlara tank əleyhinə raket buraxılış məntəqələri, terrorçu tunellərinin şaxtaları, kəşfiyyat infrastrukturu və əlavə komanda mərkəzləri daxildir. Həmçinin onlarla minaatan qurğusu məhv edilib.

Döyüşlər zamanı Qəzza zolağı ətrafındakı icmalara vəhşicəsinə basqının başında duran və “Nuqbha” qüvvələrinə mənsub çoxsaylı Həmas terrorçuları hədəf alınıb. Ondan çox terrorçu dəqiq hava zərbəsi ilə öldürülüb.

İsrail Müdafiə Qüvvələrinə məxsus qırıcılar “Xalq müqavimət komitələri” terror təşkilatının Rəfahdakı hərbi bölməsinin rəhbəri Rafat Harb Hüseyn Əbu Hilalı vurublar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir