Dünya

“Mançester Yunayted”in əfsanəsi Haalandı Ruud van Nistelroya bənzətdi

Sharing is caring!

“Mançester Yunayted”in və İngiltərə millisinin keçmiş yarımmüdafiəçisi Pol Skoulz “Mançester Siti”nin heyətinə cəlb olunmuş Erlinq Haalandı “qırmızı şeytanlar”ın keçmiş hücumçusu Ruud van Nistelroya bənzədib.  

“O, çox gənc olmağına baxmayaraq, özünə çox inamlıdır. O, mənə Ruud van Nistelroyu xatırladır. O, rəqibin cərimə meydançasına girəndə hiss edirsən ki, qapıçıya heç bir şans vermədən qol vuracaq. Penaltidən əvvəl də o, özünə çox arxayın idi – sadəcə bir addım atdı və aşağı küncə zərbə endirdi”, – Pol Skoulz gənc norveçli haqda fikirlərini bölüşərkən deyib.

Xatırladaq ki, Van Nistelroy 2001-2006-cı illərdə “Mançester Yunayted”də çıxış edib. “Qırmızı şeytanlar”ın forması ilə 218 oyuna çıxan niderlandlı 150 qola imza atıb.

Mənbə: Manchester evening news

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir