Dünya

Xersonda azərbaycanlıların sıx yaşadıqları məhəllə raket hücumuna məruz qalıb – VİDEO

Sharing is caring!

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gün Kiyev də daxil olmaqla Ukraynanın Belarusla sərhəd vilayətləri yenidən dronlarla hücumlara məruz qalıb.

“Dronların əksəriyyəti havada ikən zərərsizləşdirilsə də, bir neçəsi enerji infrastrukturuna zərər verib”, – deyə jurnalist əlavə edib.

Məlumata görə, Xerson və Nikolayev vilayətlərinə də hücumlar olub.

“Xerson şəhərində azərbaycanlıların sıx yaşadıqları məhəllə də raket hücumuna məruz qalıb. Onların bir neçəsinin mənzilinə ziyan dəyib”, – deyə M.Aslanov qeyd edib.

O da bildirilib ki, Belarusdan gözlənilən raket hücumu ilə bağlı hələ də uzunmüddətli hava həyəcan siqnalının verilməsinə davam edilir.

Daha ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir