İdman

Kilian Mbappe PSJ tarixinin ən məhsuldar futbolçusu rekordunu təkrarlayıb

Sharing is caring!

Fransa PSJ-sində çıxış edən Kilian Mbappe klub tarixinin ən məhsuldar futbolçusu rekordunu təkrarlayıb.

“Report” xəbər verir ki, hücumçu Liqa 1-in XXV turunda “Marsel”lə oyunda dubl etməklə buna nail olub.

Komandasının 3:0 hesablı qələbəsinin memarı olan 25 yaşlı forvard PSJ-nin heyətində bütün turnirlərdəki ümumi qollarının sayını 200-ə çatdırıb və Edinson Kavaninin rekordunu təkrarlayıb. Bu göstəriciyə çatmaq üçün Mbappeyə 246 oyun kifayət edib. Kavani isə aktivinə 200 qol yazdırmaqdan ötrü 301 matç keçirməli olub.

Qeyd edək ki, Kilian Mbappe cari mövsüm Liqa 1-də keçirdiyi 21 oyunda 17 qol vurub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir