Cəmiyyət

Sabunçu rayonunda marketin anbarında yanğın olub

Sharing is caring!

Bakının Sabunçu rayonunda yerləşən marketin anbarında yanğın olub.

APA xəbər verir ki, hadisə “Zabrat-1” qəsəbəsində “Ayxan” marketdə qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin altı texnikası cəlb edilib. Alovun qarşısı alınıb.

Obyektin qalan hissəsi isə yanğından mühafizə olunub. Yanğın səbəbindən ətraf ərazilərdə elektrik enerjisinin verilişi dayandırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir