Dünya

Türkiyədə zəlzələdən sonra aparılan araşdırmalar qorxunc rəqəmləri ortaya qoydu

Sharing is caring!

Türkiyədə beton nümunələrinin təxminən 26 faizində əhəmiyyətli qüsurlar var.

Bu barədə Bina və Torpaq Laboratoriyaları Dərnəyinin sədri Yavuz Poyraz bildirib.

Onun sözlərinə görə, 320 laboratoriya yalnız beton nümunələrini, digər 60 laboratoriya isə bünövrələri və digər göstəriciləri qiymətləndirir.

“Bizim 2022-ci il üçün məlumatımız var. Əgər əvvəllər Türkiyədə bütövlükdə betonun 40%-dən çoxu standartlara cavab vermirdisə, indi bu rəqəm 26%-ə düşüb”, – deyə o qeyd edib.

Eyni zamanda, İstanbulda keyfiyyətsiz betonun payı 40%-ə çatır:

“İstanbulda vəziyyət çox fərqlidir: betonqarışdıran maşında 1% betonu standartlara uyğun olmayan şirkətlər də var, 67% qüsurlu beton olan şirkətlər də”.

O bildirib ki, betonun mənşəyi elektron sistem vasitəsilə izlənilir – bütün lazımi məlumatları tapa bilərsiniz.

Mənbə: Hürriyet

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir